Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 9 faizə endirib

 

Türkiyə Respublikasının Mərkəzi Bankı (TRMB) uçot dərəcəsini 10,5 faizdən 9 faizə endirib.

"Demokratikmusavat.com" bildirir ki, son 26 ayda ilk dəfə uçot dərəcəsi təkrəqəmli səviyyəyə çatdırılıb.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı 2020-ci ilin sentyabrında uçot dərəcəsini 8,25 faizdən 10,25 faizə yüksəldərək ikirəqəmli səviyyəyə keçmişdi. Bununla da 26 aylıq fasilədən sonra yenidən təkrəqəmli həddə qayıdılıb.

TRMB-nin növbəti iclası dekabrın 22-də keçiriləcək.

0.12398195266724