Krasnodarda atışma olub: dörd nəfər həlak olub

 

Rusiyanın Krasnodar diyarının Krımsk şəhərində ticarət mərkəzi yaxınlığında atışma olub, ölənlər var.

"Demokratikmusavat.com"  Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Krasnodar prokurorluğu məlumat yayıb.

Məlumata görə, bir nəfər küçədə atəş açıb, ilkin məlumatlara görə, dörd nəfər həlak olub.

Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

 

0.1335780620575