“Qazprom” və SOCAR əməkdaşlıq məsələlərini nəzərdən keçirir

 

Bu gün Rusiyanın “Qazprom” neft-qaz şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında qarşılıqlı fəaliyyətin cari və perspektiv məsələləri nəzərdən keçirillib.

Demokratikmusavat.com ” Report-a istinadən xəbər verir ki, müzakirələr “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller ilə SOCAR prezidenti Rövşən Nəcəf arasında keçirilən işgüzar görüş çərçivəsində aparılıb.

Qeyd edək ki, bu ilin noyabrın 15-də “Qazprom Eksport” MMC ilə SOCAR arasında yeni qaz alqı-satqısı müqaviləsi çərçivəsində Rusiya qazının Azərbaycana tədarükünə başlanılıb. Təbii qazın tədarükü 2023-cü ilin mart ayına qədər həyata keçiriləcək. Tədarüklərin həcmi 1 milyard kubmetr təşkil edəcək.

Xatırladaq ki, Azərbaycanda 2018-ci ildən “Qazprom”un nümayəndəliyi fəaliyyət göstərir.

0.18422412872314