Paralel.az "ın məlumatına gö ..."> Paralel.az "ın məlumatına gö ...">

"Bakı Ayaqqabı Fabriki" özəlləşdirildi

 

"Bakı Ayaqqabı Fabriki" ASC-nin investisiya müsabiqəsi ilə satışı yekunlaşıb.

Demokratikmusavat.com ın məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Əziz Mirzəyev deyib.

O bildirib ki, investisiya müsabiqəsinin qalibi müəyyən olunub.

Elana əsasən Binəqədi rayonu, Binəqədi şosesi, 471 ünvanında yerləşən «Bakı Ayaqqabı Fabriki» ASC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində ümumi nominal dəyəri 6 milyon 674 min manat olan 3 milyon 337 min səhmi satışa çıxarılmışdı.

Qeyd edək ki, ümumilikdə "Bakı Ayaqqabı Fabriki" ASC-nin nizamnamə kapitalı 7 milyon 852 min manat, səhmlərinin ümumi sayı isə 3 milyon 926 mindir. 

Xatırladaq ki, 1971-ci ildə fəaliyyətə başlayan fabrikin vəziyyəti qənaətbəxşdir, fabrik hazırda fəaliyyət göstərir, xüsusilə də dövlət qurumları – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və daxili işlər nazirliyi üçün kütləvi şəkildə çəkmələr istehsal edir. 
Könül
Demokratikmusavat.com
 

0.1743528842926