İranın bu nüvə obyektinə nəzarət güclənir

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın Fordodakı nüvə obyektinə nəzarət etmək üçün fəaliyyətini gücləndirmək niyyətindədir.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün bildirib ki, İran Fordo yanacaq zənginləşdirmə zavodunda mövcud iki IR-6 sentrifuqa kaskadından istifadə etməklə yüksək zənginləşdirilmiş uranın - 60%-ə qədər zənginləşdirilmiş UF6 (uran heksaflorid) istehsalına başlayıb” - məlumatda deyilir.

Qeyd edək ki, AEBA Rəhbərlər Şurası İranı öz obyektlərində əvvəllər aşkar edilmiş nüvə materialının mənşəyini təcili izah etməyə, sənədləri və bu obyektlərə girişi təmin etməyə çağırıb.

0.14017105102539