ABŞ-də bu yöndə qadağa rekord həddə çatır

 

ABŞ-də qadağan olunan kitabların sayı əvvəlki illə müqayisədə iki dəfə artıb.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Amerika Kitabxanalar Assosiasiyasına istinadən “Financial Times” məlumat yayıb.

Qurum rəhbəri Debora Kolduel-Stoun bildirib ki, 2022-ci ildə valideynlər, siyasətçilər və digər amerikalılar məktəb və universitet kitabxanalarında olan 1,6 minə yaxın kitabın məzmunu ilə bağlı 800-dən çox şikayət edib. 

Onun hesablamalarına görə, bu il ölkə təhsil müəssisələrində qadağan olunmuş kitabların sayına görə rekord qıracaq.

Kolduel-Stoun ələ keçirilən kitabların faktiki sayının daha çox olduğunu qeyd edib. Xüsusilə ABŞ məktəblərində Harriet Beecher Stounun “Tom Day's Cabin” (Tom dayının daxması), Rey Bredberinin “Fahrenheit 451” (451 dərəcə Fahrenheit) və Mark Tvenin “The Adventures of Huckleberry Finnin” (Huckleberri Finnin sərgüzəştləri) əsərlərinə qadağa qoyulub.

Mürtəza
Demokratikmusavat.com

0.18128490447998