Azərbaycanda 140 min manat nziamnamə kapitalı olan şirkət ləğv olunur.
“Demokratikmusavat.com ”ın məlumatına görə, Lənkəran rayonu, Hirkan qəsəbəsində yerləşən “Avrora-Çay” ASC ləğv olunacaq.
Səhmdar cəmiyyətinin ləğv edilməsi, ləğvetmə komissiyasının (təsviyyəçinin) seçilməsi ilə bağlı məsələ cəmiyyətin səhmdarlarının 2022-ci il dekabrın 27-i saat 11.00-da baş tutacaq növbədənkənar ümumi yığıncağında baş tutacaq.
Qeyd edək ki, “Avrora-Çay” ASC 14.10.1998-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Quliyeva Gülqayıt Hacıəli qızıdır. Nizamnamə kapitalı 137 min 70 manat olan şirkətin sədri Möhübbət Quliyevdir.
Könül
Demokratikmusavat.com