Türkiyənin “F-16”ları Suriya və İraqa hava zərbələri endirib

 

Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/YPG və digər terrorist qüvvələrinə qarşı keçirdiyi xüsusi antiterror əməliyyatı zamanı Suriyada dörd, İraqda isə bir bölgəyə hava zərbələri endirilib.

“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın Kobani, Tel-Rifat, Derbisiya, Derik və İraqın Şengal bölgəsi Türkiyənin “F-16” qırıcıları və pilotsuz uçuş aparatları ilə vurulub.

Bildirilib ki, əməliyyatda iştirak edən hərbə texnika Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının Diyarbəkirdəki 8-ci əsas reaktiv bazasından havaya qalxıb.

0.12729382514954