Suriyada beş terrorçu məhv edildi - VİDEO

 

Suriyanın şimalındakı Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyindən açıqlama verilib.

“Terrorçulara qarşı mübarizəni effektiv və qətiyyətlə davam etdirən Türkiyə Silahlı Qüvvələri Sülh bulağı və Zeytun budağı bölgələrinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə nazirlikdən bildirilib.

 

 

0.12502598762512