Təyyarə yük maşını ilə toqquşdu - 2 nəfər öldü

 

Peruda hava limanına enən sərnişin təyyarəsi eniş zolağının kənarında olan yük maşını ilə toqquşub.

Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb.

Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib.

Hava limanı şirkətindən verilən açıqlamada təyyarənin sağ qanadının yük maşınına dəydiyi və qəzanın bu səbəbdən baş verdiyi bildirilib.

Təyyarədə neçə sərnişinin olduğu və qəzanın təsirindən neçə nəfərin yaralandığı barədə məlumat verilməyib.

0.14305090904236