Rusiya şirkətinin 40 milyonluq əmlakına HƏBS QOYULDU

 

Kiyev məhkəməsi yanacaq və sürtkü yağları satan Rusiya şirkətinin aktivlərinə həbs qoyub. Tapılan yanacaq Silahlı Qüvvələrin ehtiyaclarına verilib.

Demokratikmusavat.com xəbər verir ki, istintaqla müəyyən edilib ki, adıçəkilən müəssisə Rusiya ərazisində qeydiyyatda olub və sahibi Rusiya Federasiyasının vətəndaşıdır. Şirkət yanacaq-sürtkü materialları və maddələrin satışı ilə məşğul olub.

Şirkət rəhbərliyinə Ukraynaya qarşı hərbi təcavüzün maliyyələşdirilməsinə görə cinayət işi açılıb. Peçersk Rayon Məhkəməsi şirkətin əmlakına və aktivlərinə həbs qoyub.

Həbs edilənlən əmlakın dəyəri 40 milyon qrivnadan çox olub. Hazırda ələ keçirilən əşyalar Ukrayna hərbçilərinin ehtiyaclarına təhvil verilib.

Xatırladaq ki , məhkəmə “Ermolino” brendi altında yarımfabrikat istehsal edən şirkətin sahibi olan rusiyalı milyarder İlya Aleksandrovun əmlakına və aktivlərinə həbs qoyub.

0.14053678512573