Paralel.az " xəbər ve ..."> Paralel.az " xəbər ve ...">

Ukraynanın erməni əsilli iş adamları İrəvana gəldi

 

Ermənistan Prezidenti Vaaqn Xaçatryan erməni əsilli ukraynalı biznesmenlərlə görüşüb.

Demokratikmusavat.com xəbər verir ki, Xaçatryan Ukraynadakı mövcud vəziyyəti nəzərə alaraq iş adamlarının gəlişini yüksək qiymətləndirdiyini bildirib.

O, belə bir formatın Ermənistan-Ukrayna biznes əlaqələrinin və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün stimul olacağını, həmçinin Ukraynadakı erməni icmasının həyatında müsbət rol oynayacağını vurğulayıb.

Xaçatryan Ermənistandakı iqtisadi vəziyyət, digər məsələlərlə yanaşı, biznes üçün əlverişli şəraitin yaradılması, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşmaya yönəlmiş islahatlardan danışıb.

Qeyd edək ki, Ukraynadakı erməni əsilli biznesmenlərdən ibarət nümayəndə heyəti Ermənistana gəlib.(Axar.az )

0.1262149810791