Makron dünyanı Rusiyaya təzyiq göstərməyə çağırdı

 

Fransa Prezidenti Emmanuel Makron dünya ölkələrini Rusiyaya qarşı təzyiq göstərməyə çağırıb.

“Demokratikmusavat.com ” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Banqkokda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Liderlər Zirvəsində deyib.

O, zirvədəki çıxışında Ukraynadakı müharibəni dayandırmağın çox vacib olduğunu qeyd edib:

“Hamımız birlikdə Rusiyaya müharibəni dayandırmaq, beynəlxalq nizama hörmət etmək və danışıqlara qayıtmaq üçün eyni mesajı verməyə kömək etməliyik”.

0.12989902496338