Belarusda yaxın gələcəkdə yeni xüsusi təyinatlı batalyon yaradılacaq.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Spetsnaz” jurnalına müsahibəsində daxili işlər nazirinin müavini, respublikanın daxili qoşunlarının komandanı Nikolay Karpenkov bildirib .
Onun sözlərinə görə, formalaşmanın bu ilin yanvarında Qazaxıstanda baş vermiş hadisələrin təhlili, habelə Ukraynada xüsusi əməliyyatın keçirilməsi təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır .
"Biz Minskdə yerləşəcək bir batalyon yaradırıq, lakin o, həm də təxribat və kəşfiyyat qrupları, qanunsuz silahlı birləşmələrlə mübarizə, lazım gələrsə, hərbi kəşfiyyat, elektron kəşfiyyat aparmaq üçün tapşırıqları yerinə yetirəcək", - nəşrin mənbəsi izah edib.
Karpenkov vurğulayıb ki, respublika əlavə xüsusi təyinatlıların yaradılması hesabına döyüş qabiliyyətinin artırılmasının zəruriliyini dərk edir.(Publika.az)