Mixail Saakaşvili zəhərləndi: "səhhəti həbslə bir araya sığmır"

 

Gürcüstanın həbsdə olan üçüncü Prezidenti Mixail Saakaşvili zəhərlənib.

“Demokratikmusavat.com ” Gürcüstan mediasına istinadən xəbər verir ki, bunu sabiq prezidentin vəkili Valeri Gelbaxiani bildirib. 

Zəhərlənmənin  hansı maddələrdən baş verməsinə dair araşdırmalar davam edir.

Bundan əlavə “Empati” Mərkəzinin Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı rəyi hazırdır və xarici ekspertlərə təhvil veriləcək.

“Diaqnoz ağırdır, həbsdən azad edilmə meyarlarına cavab verir. Ekspertlər heyəti hesab edir ki, onun səhhəti həbslə bir araya sığmır.

Keçmiş prezidentin müalicəyə ehtiyacı var”, - təşkilatın rəhbəri Mariam Jişkariani qeyd edib.

0.12080907821655