İranda etirazçılar SEPAH-ın kəşfiyyat zabitini öldürüb

 

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir kəşfiyyat zabiti cümə günü İranın qərbindəki Kirmanşah əyalətinə edilən hücumda öldürülüb. 

 “Demokratikmusavat.com ”  xəbər verir ki, bu barədə İRNA agentliyi yerli rəsmiyə istinadən məlumat yayıb.
Kirmanşah şəhərindən təxminən 60 km şərqdə yerləşən Səxnə şəhərinin administrasiyası rəhbərinin sözlərinə görə, cümə günü axşam bir neçə etirazçı təhlükəsizlik qüvvələrinə hücum edib.  Qarşıdurma nəticəsində SEPAH kəşfiyyat xidmətinin zabiti ölüb. 
İranda küçə etirazları iki aydır ki,  səngimir. Bu müddət ərzində ölkənin bir sıra bölgələrində bütöv bir silsilə hücumlar baş verib ki, onların qurbanları həm İran təhlükəsizlik qüvvələri, həm də mülki şəxslər olub. Çərşənbə günü Xuzistan əyalətinin İze şəhərində bazarda törədilən belə bir hücumda 7 nəfər həlak olub.

 Mürtəza
Demokratikmusavat.com

0.15437912940979