Putin ölümcül “Sarmat II” silahını sınaqdan keçirib

 

Demokratikmusavat.com ” rus mediasına istinadən xəbər verir ki, Rusiya 17 min kilometrdən çox mənzilə malik “Sarmat II” raketini uğurla sınaqdan keçirib. 

“Şeytan II” kimi tanınan raketinin Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.

Rusiya Strateji Raket Qüvvələrinin (RVSN) komandanı polkovnik Sergey Karakaev bildirib ki, Rusiya bu yaxınlarda “Şeytan II” kimi tanınan RS-28 Sarmat raketini uğurla sınaqdan keçirib. Karakaev mövzu ilə bağlı əlavə məlumat verməyib.

Karakaev açıqlamasında  eyni zamanda Rusiya qüvvələrinin “Avanqard” hipersəs raketlərinin ikinci hissəsini almağa hazır olduğunu da bildirib.

 Mürtəza
Demokratikmusavat.com

0.395663022995