Rusiyada PARTLAYIŞ - BİNANIN BİR HİSSƏSİ ÇÖKDÜ - ÖLƏNLƏR VAR -VİDEO

 

Saxalindəki partlayış nəticəsində ölənlərin sayı doqquz nəfərə çatıb.

Bu barədə regionun rəhbəri Valeri Limarenko bildirib.

Qurbanlar arasında dörd uşaq da var.

İlkin məlumata görə, partlayış qaz balonunun düzgün işləməməsi səbəbindən baş verib.

***

Rusiyanın Saxalin adasındakı yaşayış binalarından birində partlayış baş verib.

Demokratikmusavat.com xəbər verir ki, Tımovskoye şəhər tipli qəsəbədə yerləşən beşmərtəbəli binadakı partlayışa məişət qazı səbəb olub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bədbəxt hadisə nəticəsindən binanın bir hissəsi dağılıb. Əvvəl dağıntılar altında 6 nəfərin olduğu ehtimal edilib. Daha sonra isə partlayış nəticəsində ölənlərin sayı 3, xəsarət alanların sayı isə 9-a çatıb.

Hələ də dağıntılar altında qalanların olduğu güman edilir. Hazırda xilasetmə işləri aparılır. 

 

0.16112089157104