Azərbaycanın böyük sığorta şirkətlərindən biri nizamnamə kapitalını kəskin azaldır.
“Demokratikmusavat.com ”ın məlumatına görə, “AzSığorta” ASC nizamnamə kapitalını 6,293 mln manat və ya 31% azaldaraq 14,007 mln manata endirib.
Şirkətin nizamnamə kapitalı daha əvvəl 20,300 mln manat təşkil edirdi.
Hazırda ASC-nin hər birinin nominal dəyəri 203 min manat olan cəmi 69 səhmi mövcuddur.
Qeyd edək ki, ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “AzSığorta” ASC 2006-cı ildən fəaliyyət göstərir.
Könül
Demokratikmusavat.com