İsveç parlamenti Ukraynaya hərbi yardım ayırıb

 

İsveç parlamenti hökumətin 2022-ci ildə Ukraynaya 3,0078 milyard kron (284 milyon dollardan çox) dəyərində hərbi texnika göndərmək təklifini dəstəkləyib.

Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın məlumatında deyilir.

Söhbət hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, qış geyimləri, fərdi mühafizə vasitələri və çadırlardan gedir.

Fevraldan indiyədək İsveç Ukraynaya yardım paketləri və hərbi texnika şəklində dəstək üçün təxminən 5,2 milyard kron (təxminən 500 milyon dollar) ayırıb. Avqustun sonunda hökumət Kiyev üçün 1 milyard kron (təxminən 100 milyon dollar) dəyərində yeni yardım paketi barədə qərar qəbul edib ki, bunun da yarısı hərbi dəstək, o cümlədən artilleriya sursatıdır.

0.50693297386169