E-ticarət nəhəngi “Amazon” pərakəndə satış bölməsi və insan resursları da daxil olmaqla 10 000-ə yaxın iş yerinin ixtisar edilməsini hədəfləyib.
“Demokratikmusavat.com ” Reuters-ə istinadən xəbər verir ki, bu barədə şirkətə yaxın mənbə məlumat verib.
10 000-ə yaxın iş yerinin ixtisarı “Amazon”un 300 000 nəfərlik korporativ işçi qüvvəsində təqribən 3%-lik azalma deməkdir.
Qeyd edək ki, “Amazon”un qurucusu milyarder Ceff Bezos ötən günlərdə ABŞ-da tənəzzülün yaxınlaşdığı barədə xəbərdarlıq etmişdi: “İqtisadiyyat hazırda yaxşı görünmür. Bunu özünüz də görə bilərsiniz - iqtisadiyyatın bir çox sahələrində ixtisarlar baş verir”, - deyə o bildirib.
İşdən çıxarılma xəbərindən sonra şirkətin səhmləri 2% dəyər itirib.
Könül
Demokratikmusavat.com