Zelenski raketlərlə bağlı dediyi fikirləri dəyişdi

 

Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ərazisinə düşən raketlərlə bağlı fikrini dəyişib.

Demokratikmusavat.com RİA Novosti-yə istinadən bildirir ki, o, raketin Rusiya istehsalı olduğuna əminliyini ifadə etsə də, araşdırmanın nəticəsini gözləməyin zəruriliyini qeyd edib.

“Bu dəfə nə baş verdiyini bilmirəm, biz 100 faiz bilmirik, məncə, dünya da 100 faiz bilmir. Amma mən əminəm ki, orada Rusiya raketi olub və biz hava hücumundan müdafiə raketlərindən istifadə etmişik... Amma biz ədalətli və dürüst olmalıyıq, istintaq tamamlanana qədər Polşa ərazisinə düşən hissələrin raketin hansı növü olduğunu deyə bilmərik", - deyə Zelenski bildirib. 

Bundan əvvəl Ukrayna lideri raketlərin Polşa ərazisinə düşməsinə reaksiya verib. Onun sözlərinə görə, raketlər Rusiya mənşəli olub.

Bundan sonra ABŞ prezidenti Co Bayden Zelenskinin sözlərinə münasibət bildirərək deyib ki, bu cür iddialar etibarlı deyil.

Demokratikmusavat.com

0.40232610702515