Çin prezidenti kameralar qarşısında Trüdonu danladı - VİDEO

 

İndoneziyada davam edən G20 Sammitində Çin sədri Si Cinpinqlə Kanadanın baş naziri Castin Trüdo arasında gərgin anlar yaşanıb. 

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Çin sədri Si Cinpin sammitin keçirildiyi zalda Kanadanın baş naziri Castin Trüdo ilə görüşüb. O, Kanada baş nazirini əvvəlki görüşlərini təhrif etməkdə və mətbuata sızdırmaqda ittiham edib.
"Müzakirə etdiyimiz hər şey qəzetə sızdı, bu, yersizdir, biz belə etmirik. Bizim sənədləmə sistemimizdə media yoxdur.
Səmimilik olarsa, qarşılıqlı hörmətlə yaxşı ünsiyyət qura bilərik, əks halda nəticəni söyləmək asan olmayacaq”,- deyə o söyləyib.

Kanadanın baş naziri isə fikir ayrılıqları olsa da, birlikdə işləməli olduqlarını deyib:
“Səhvlər olsa belə, biz azad, açıq və səmimi dialoqa inanırıq və davam edəcəyik. Razılaşmaya bilərik, lakin konstruktiv şəkildə birlikdə işləməyə davam edəcəyik", - deyə Trüdo bildirib.

Cavab vermək istəyən Trüdonun sözünü kəsən Çin prezidenti “danışmazdan əvvəl şərtləri müəyyənləşdirək” deyərək, oradan uzaqlaşıb.

Billurə

0.13933110237122