Bakının Xətai rayonun bir hissəsində elektrik enerjisinin verilişi kəsilib.
"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə oxu.az-a sakinlər məlumat veriblər.
Bildirilib ki, artıq bir neçə saatdır Xətai rayonu, Lütfi Zadə 10 ünvanında işıq yanmır.
Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin sözçüsü Vaqif Aydınoğlu açıqlamasında bildirib ki, ərazidə qəza baş verib:
“Hazırda qəza xidməti ərazidə çalışır. Yaxın saatlarda elektrik enerjisinin verilişi bərpa olunacaq”.