9 yaşlı uşaqlarını it yuvasında saxladılar

 

ABŞ-ın Kentukki ştatının Leksinqton şəhərindən olan Sara və Conatan Starr doqquz yaşlı oğlunu it evində yaşamağa məcbur ediblər.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə oktyabr ayında şəhər sakinlərindən birinin polisə müraciət edərək oğlanın küçədə it qəfəsində gecələdiyini bildirməsi ilə məlum olub. Uşağın valideynlərinin evinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onu qarajda ayaqqabısız, yalnız köynək və cins şalvarda aşkar ediblər. Qəfəsdə iki adyal, bir palto, bir köynək, bir cüt uşaq ayaqqabısı, iki qısaqol köynək və bir cüt şalvar var idi. Qeyd edilib ki, hər şey yaş olub, çöldəki temperatur mənfi iki dərəcə göstərib. Oğlanın dediyinə görə, evdə öz otağı olmadığı üçün 7 ay idi ki, o, qəfəsdə yaşayıb.

Uşaq xəstəxanaya aparılıb, xəsarət almayıb və hazırda evdə yaşayan digər beş uşaqla birlikdə mühafizə altındadır. Valideynlər və evin sahibi olan ananın xalası Şelli Barns həbs edilib.

Anaya qarşı səhlənkarlıq və uşaq istismarı da daxil olmaqla 11 ittiham irəli sürülüb. Ata həmçinin səhlənkarlıqda və uşağa qarşı zorakılıqda ittiham olunur. Valideynlərin hər birinin azadlığa buraxılması üçün girov bir milyon dollardır.

0.58692002296448