Qiyamətin qorxulu ssenarisi: Polşada...

 

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, ötən gecə Polşa-Ukrayna sərhədinə yaxın "Prjewodow" kəndinə iki raket düşüb. Bu hadisə bütün dünyada narahatlıq yaratsa da, ABŞ raketin ruslara aid olmadığını və Ukrayna qüvvələri tərəfindən göndərildiyini iddia edib.

"Demokratikmusavat.com" "Bizimyol.info"-ya istinadən xəbər verir ki, Polşanın baş naziri Mateusz Morawiecki ölkəsinin NATO üzvü olduğunu xatırladaraq, NATO-nun 4-cü maddəsinin aktivləşdirilməsi variantının gündəmdə olduğunu bildirib.

Dünyanın “Üçüncü Dünya Müharibəsi”nin astanasında olduğu bir Rusiya prezidenti Vladimir Putinin daha əvvəl gündəmə gətirdiyi nüvə hücumu variantı yenidən gündəmə gətirilib. Britaniya mətbuatı baş verən ardıcıl hadisələrdən sonra nüvə silahının mümkün istifadəsi nəticəsində baş verə biləcək fəlakətləri sadalayıb.

Müvafiq olaraq, "Nature Food"-da dərc olunan və "Rutgers" Universitetinin professoru Alan Robokun müəllifi olduğu bir araşdırma 100 nüvə bombasının istifadəsini simulyasiya edib. Buna görə də Avropada aclıqdan ölmə ehtimalının 90 faizə qədər olduğu qənaətinə gəlinib. Xüsusilə qış aylarında nüvə hücumu zamanı ən azı, 60 milyon insanın ölə biləcəyi bildirilib.

Bundan əlavə, bildirilib ki, Putin ilk hücumunda Britaniyanı hədəfə alsa, təxminən, 6 milyon insan ölə bilər.

Xatırladaq ki, bu ilin əvvəlində Daily Star, Böyük Britaniyanın müdafiə rəsmilərinin Rusiyanın soyuq müharibə zamanı hücuma hazır olacağını düşündükləri 106 yerin siyahısını tərtib etdiyini və bu əraziləri "potensial nüvə hədəfləri" kimi qeyd etdiyini açıqlamışdı. Edvard Hitin imzaladığı mətndə ilk hücumun Londonu hədəf alması halında altı milyon insanın həlak ola biləcəyi barədə məlumatlar da yer alırdı.

Qeyd edək ki, əvvəllər ekspertlər Hindistan və Pakistan arasındakı əraziləri vuracaq nüvə raketinin birbaşa 27 milyon insanın ölümü ilə nəticələnə biləcəyini irəli sürmüşdülər.

0.41496920585632