Qarabağda 280 min hektar ərazi minadan təmizlənəcək - Bu tarixədək

 

Azərbaycanda 2026-cı ilə qədər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi işlərinin davam etdirilməsi nəzərdə tutulub.

Demokratikmusavat.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, deyilir ki, ərazinin minalardan təmizlənməsi üzrə işlərin davam etdirilməsi məqsədilə illik planların hazırlanması nəzərdə tutulub.

2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib. 2023-2026-cı illərdə 215 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır. 2026-cı ilin sonunda Qarabağda 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq.

Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir.

0.20481395721436