Dövlət büdcəsinin profisiti 77 dəfə artıb

 

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda dövlət büdcəsinin gəlirləri 27 029,5 milyon manat təşkil edib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 33,6% çoxdur.

Cari ilin ilk 10 ayında dövlət büdcəsinin xərcləri 23 206,1 milyon manat olub ki, bu da illik müqayisədə 15% artım deməkdir.

Ümumilikdə sözügedən dövrdə dövlət büdcəsində 3 823,4 milyon manat profisit yaranıb. Bu da ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 77 dəfə çoxdur.

Könül
Demokratikmusavat.com

0.34995603561401