AEBA Zaporojye AES  ilə bağlı dialoqu davam etdirir

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) Rusiya və Ukrayna arasında Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılmasına dair razılıq əldə olunması səylərini davam etdirir.

Demokratikmusavat.com xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

Təhlükəsizlik zonası ilə bağlı konsensusa gəlməkdə çətinliklərdən danışan Qrossi stansiyanın cəbhə xəttində yerləşdiyinə diqqət çəkib. Bu fakt, Qrossinin fikrincə, razılaşmaların əldə edilməsi məsələsini daha ​​da çətinləşdirir.

0.14831304550171