Zəncirvari qəzada xəsarət alan var — VİDEO

 
Bakıda üç avtomobilin toqquşması nəticəsində zəncirvari yol-nəqliyyat hadisəsi olub. 

Hadisə Sabunçu körpüsünün yaxınlığında baş verib.

Qəza nəticəsində bir nəfər yüngül bədən xəsarətləri alıb. “Opel”, BMW, “Toyota Prius” markalı üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb və nəticədə avtomobillərə ciddi maddi ziyan dəyib. 

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza baş verən əraziyə DYP əməkdaşları cəlb ediliblər:

“Hadisə nəticəsində üç nəqliyyat vasitəsi bir-birinə çırpılıb. Nəqliyyat vasitələrindən birinin sürücüsü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Qəzanın görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:
 
0.13890099525452