Bayden Ərdoğana təşəkkür etdi

 

ABŞ Prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizindəki problemin həlli və daşınmaların bərpasını təmin etmək üçün göstərdiyi səylərə görə Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Demokratikmusavat.com ” “haber7”yə istinadən xəbər verir ki, o bunu G20 Liderlər Zirvəsindəki görüş çərçivəsində deyib.

Bayden həmçinin İstiqlal küçəsində törədilən terror aktında həyatını itirənlərə görə Ərdoğana başsağlığı verib.

Görüşdə Bayden Ərdoğana ABŞ administrasiya olaraq Türkiyə ilə ABŞ arasında F-16 prosesini dəstəkləməyə davam edəcəklərini bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.13214206695557