ABŞ Dövlət katibi Blinken yenidən Paşinyana zəng etdi

 

ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, eləcə də Qarabağ probleminin həllinə bundan sonra da dəstək verməyə hazırdır. 

Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

Ermənistan hökumətinin mətbuat xidmətininin yaydığı məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, xüsusən də noyabrın 7-də iki ölkənin xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü və ondan sonra keçiriləcək üçtərəfli görüşlə bağlı fikir mübadiləsi aparıblar.

Həmsöhbətlər humanitar məsələlərin həlli də daxil olmaqla, regionda təhlükəsizlik və sabitlik səviyyəsinin artırılması istiqamətində addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Mürtəza
Demokratikmusavat.com

0.7485408782959