Azərbaycanda 14 yaşlı qız əmisi oğluna ərə verilir

 

Şəmkirdə daha bir azyaşlı nişanlanıb.

Demokratikmusavat.com xəbər verir ki,bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, 15 yaşı hələ yanvarda tamam olacaq qız 26 yaşlı əmisi oğlu ilə nişanlanıb.
Kəmalə Ağazadə məsələ ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyətinə və Daxili İşlər Nazirliyinə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun rəhbəri Eşqin Qasımov bildirib ki, artıq məsələ araşdırılır.

Billurə Yunus

 

0.19456791877747