Zelenskinin fərmanı döyüş ruhunu sarsıdır - ABŞ nəşri

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin kişilərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı bu il fevralın sonunda imzaladığı fərman ukraynalıların döyüş ruhunu sarsıdır.

"Demokratikmusavat.com" xəbər verir ki, bu fikri ABŞ-nin "Foreign Policy" (FP) jurnalının köşə yazarı Çarli Karpenter deyib .

"Ölkədə işsizlik səviyyəsi 34 faizdir. Fərman vəziyyəti daha da gərginləşdirir, çünki bir çox kişi işləyə bilmir, əmanətlər və ərzaqlar tükənir. Ukraynalıların çoxu bu qadağanı indiki formada dəstəkləmir. Bunu yeni sorğunun nəticələri sübut edir. Ukraynadakı fəallar belə bir fərmanın gender bərabərliyini və bütün mülki şəxslər üçün hərəkət azadlığını təmin edən beynəlxalq müqavilələrə zidd olduğunu deyirlər", - Karpenter iddia edib.

Demokratikmusavat.com

0.18871808052063