Xersonu işıqlandıran jurnalistlərin akkreditasiyası ləğv olundu - SƏBƏB isə...

 

Ukrayna Ombudsmanı Dmitri Lubinets Müdafiə Nazirliyindən Xersonda işləmiş bəzi jurnalistlərin akkreditasiyasını qaytarmağı xahiş edib.

“Demokratikmusavat.com” xəbər verir ki, o, bunu hərbi vəziyyətdə mediaya nəzarətin zəruriliyi ilə əlaqələndirib.
Ətraflı

Ombudsman Xersondan reportaj hazırlayan ukraynalı və xarici jurnalistlərdən akkreditasiyanın qaytarılmasını istəyib. Bildirib ki, Ukrayna hakimiyyəti ilə media arasında qarşılıqlı əlaqə kafi səviyyədədir:

"Belə şəraitdə media ilə mülki-hərbi əməkdaşlıq işinə yenidən baxmağa ehtiyac var. Eyni zamanda hərbi vəziyyətdə mediaya nəzarət də tələb olunur”.

Qeyd edək ki, Ukrayna hakimiyyəti müxtəlif KİV-in, o cümlədən xarici mediadan ən az altı jurnalistin Xersondakı vəziyyəti işıqlandırdığı üçün akkreditasiyasını ləğv edib. Xüsusilə, Amerikanın “CNN” və “Sky News” teleşirkətinin nümayəndələrinin iş icazəsi ləğv edilib. Ötən həftə isə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, hakimiyyət hələlik jurnalistləri Xersona buraxmaq niyyətində deyil.

0.21274900436401