Tanışlıq saytında İŞİD tələsi: Söhbəti irəlilədir və hədələyirlər

 

Dünyanın ən məşhur tanışlıq proqramlarından biri olan “Tinder”də İŞİD yaraqlılarının istifadəçiləri tələyə salaraq pul yığdığı üzə çıxıb.

Demokratikmusavat.com Bizimyol.info-ya istinadən xəbər verir ki, Afrikada sevgili tapmaq üçün “Tinder”dən istifadə edənlər üçün yeni xəbərdarlıq edilib.

Belə ki, “İngilis Times” qəzetinin xəbərinə görə, xüsusilə Cənubi Afrikada terror təşkilatı İŞİD yaraqlıları “Tinder”də danışdıqları insanları söhbət davam etdikcə tələyə salırlar.

Məlumata görə, Afrikada terror fəaliyyətlərini davam etdirmək üçün “Tinder”də tələ quran İŞİD üzvləri tanışlıq saytının üzvlərini pul vermək üçün şantaj edirlər.

Cənubi Afrika Bank Risk Məlumatları Mərkəzinin rəhbəri Nischal Mewalall bildirib ki, İŞİD üzvləri saxta profillər və fotoşəkillərlə Tinder-də izləyicilər qazanaraq təhdid yolu ilə qurbanlarından pul yığırlar. Mewalall, Tinder-dəki söhbətlərdə əvvəlcə normal hərəkət edən və flört edən silahlıların söhbət irəlilədikcə əsl üzlərini ortaya çıxardıqlarını bildirib.

Bundan əlavə, ekspertlər son zamanlar Yaxın Şərqdə zəifləyən İŞİD-in Afrikaya üz tutaraq bu qitədə terror fəaliyyətini gücləndirdiyinə diqqət çəkirlər. Afrika ölkələrində İŞİD daxilində pul axınının minlərlə dollara çatdığı bildirilir.

Qeyd edək ki, terrorçu ekspert Martin Ewi deyib ki, İŞİD Afrikanı özünün yeni mərkəzinə çevirib və burada üzvləri sürətlə artıb.

Cənubi Afrikada yaşayan britaniyalı İŞİD üzvü Samanta Lyuveytin London və Afrikada bir çox terror aktlarına kömək etdiyi üzə çıxıb. Bildirilib ki, “Ağ dul qadın” kimi tanınan Lyutueyt 2008-ci ildən saxta pasportla Cənubi Afrikada yaşayır.

0.21720886230469