Bayden və Si Cinpin görüşünün detalları məlum oldu

 

Ağ Ev İndoneziyanın Bali adasında ABŞ Prezidenti Cozef Bayden və çinli həmkarı Si Cinpin arasında keçirilən görüşlə bağlı məlumat yayıb.

“Demokratikmusavat.com” xarici KİV-ə istinadən xəbər verir ki, Bayden jurnalistlərə açıqlamasında  görüşün səmimi olduğunu bildirib.

O qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken yaxın zamanlarda Çinə səfər edəcək.

Həmçinin, prezidentlərin arzu və prioritetlərinin də üst-üstə düşdüyü vurğulanıb.

0.29372692108154