Lavrovun xüsusi nümayəndəsi Paşinyanla görüşdü

 

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.

"Demokratikmusavat.com" xəbər verir ki, görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidəki üçtərəfli görüşü müzakirə edilib.

Həmçinin tərəflər arasında Azərbaycan-Ermənistan nizamlanması mövzusu da müzakirə olunub.

0.73798894882202