Kəmaləddin Heydərov Süleyman Soyluya başsağlığı verib

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının İstanbul şəhərində törədilmiş partlayışla əlaqədar qardaş ölkənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.

Bu barədə "Demokratikmusavat.com" -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.

0.1917839050293