Sürətlə ucuzlaşan dolların məzənnəsi sabitləşdi

 

ABŞ dollarının məzənnəsi sürətli ucuzlaşmanın ardından sabitləşib.

Demokratikmusavat.com ” xəbər verir ki, ötən həftə ABŞ-da açıqlanan inflyasiya dərəcəsinin gözləntilərdən aşağı olması dolları ucuzlaşdırsa da,  Federal Ehtiyatlar Sisteminin (FED) nümayəndəsi Kristofer Uollerin inflyasiya ilə mübarizəni yumşaltmadıqlarını söyləməsi dolları sabitləşdirib.

Belə ki, ABŞ-da oktyabr üzrə inflyasiya dərəcəsinin 8%-lik gözləntilərə qarşı 7,7% həddində açıqlanması ötən həftə dollar indeksinin iki seansda 3,6% dəyər itirməsinə və 2009-cu ilin martından bəri ən böyük iki günlük faiz itkisinə səbəb olmuşdu.

Dollar indeksi 0,094% azalaraq 106,610 səviyyəsinə enib ki, bu da cümə gününün aşağı səviyyəsi - 106,27 səviyyəsindən uzaq olmayıb.

Ötən həftə dollar qarşısında 5,4% möhkəmlənən yapon yeni 0,24% ucuzlaşaraq 139,12 olub. 

Avro sonuncu dəfə 0,2% ucuzlaşaraq 1,0331 dollar, funt sterlinq isə 0,31% ucuzlaşaraq 1,1798 dollar olub.

Könül
Demokratikmusavat.com

 

0.61291098594666