İsrail Müdafiə Qüvvələri təlimlərə başlayır

 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağı ilə sərhədin daxil olduğu cənub hərbi dairəsində planlaşdırılmış iki günlük hərbi təlimlərin başladığını elan edib.

"Demokratikmusavat.com" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

"Hərbi təlimlər ölkənin cənubunda başlayır və sabah axşam başa çatması gözlənilir", - məlumatda deyilir.

Manevrlər 2022-ci il üçün təlim proqramı çərçivəsində əvvəlcədən planlaşdırılıb.

0.59496998786926