Paralel.az " xəbər verir ki, ..."> Paralel.az " xəbər verir ki, ...">

Hava şarı yerə çırpıldı, çox sayda insan xəsarət aldı

 

Avstriyada hava şarının yerə çırpılması nəticəsində 9 nəfər xəsarət alıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Avstriyanın “Der Standard” nəşri məlumat yayıb.

Hadisə Aşağı Avstriya federal əyalətinin Buklig-Velt bölgəsində baş verib.

Şar əvvəlcə yerə çırpılıb, sonra yaxınlıqdakı ağaclara ilişib.

Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri müəyyənləşdirilir.

Bucklige Welt dağlıq ərazisi ilə seçilir.

3.5547921657562