Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə büründü - VİDEO

 

Amerika Birləşmiş Ştatları və Kanada arasında yerləşən məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Demokratikmusavat.com" xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim “Twitter” hesabından video paylaşıb.

“Dövlət Bayrağı Gününüz mübarək”, - deyə səfir şəlalənin videogörüntüsünü paylaşaraq qeyd edib.

0.1663510799408