“Zara” Rusiyada fəaliyyətini bərpa edir

 

“Zara”nın yeni sahibi Rusiyada öz brendləri ilə fəaliyyət göstərəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Inditex” şirkəti məlumat yayıb.

Belə ki, şirkət Rusiya hökumətinin razılığına əsasən, Rusiyadakı biznesini Livanın Daher şirkətlər qrupuna satmaq üçün ilkin razılığa gəlib. “Inditex”in (Zara, Massimo Dutti, Pull & Bear, Oysho, Bershka, Stradivarius brendlərinin sahibi) Rusiya biznesini alan Daher şirkətlər qrupu ölkədə öz brendləri ilə fəaliyyət göstərəcək.

Şirkət bildirib ki, bu sövdələşmə ilə xeyli sayda potensial iş yeri imkanları yaradılacaq.

Qeyd edək ki, Rusiyada 500-dən çox mağazası olan İspaniyanın “Inditex” geyim mağazalar şəbəkəsi martın əvvəlində Ukraynada keçirilən xüsusi hərbi əməliyyat fonunda Rusiyada fəaliyyətini müvəqqəti dayandırmaq qərarına gəlmişdi.

0.17638516426086