Varşavada dəmir yolu viyadükünün tikintisi sahəsindən azı 114 sovet əsgərinin qalıqları tapılıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, insan qalıqlarına fəhlələr rast gəlib. Buna görə hazırda tikinti işləri dayandırılıb.
Tapıntıdan sonra Polşanın Milli Avtomobil Yolları və Avtomobil Yolları Baş İdarəsi tapıntı ilə bağlı məlumatı hüquq-mühafizə orqanlarına və prokurorluğa məlumat veriblər.
Polşanın Milli Xatirə İnstitutunun məlumatına görə, eksqumasiyadan sonra qalıqlar tabutlara qoyulacaq. Sonra sovet əsgərlərinin qəbiristanlığının yerləşdiyi Białobrzegi qəbiristanlığında basdırılacaq.