İtaliya nəhəngi "Fənərbağça"nın gənc ulduzunu heyətinə qatır - Transfer tarixi...

 

"Fənərbağça"nın gənc istedadı Arda Gülərin transfer etmək istəyən klubların siyahısına daha biri qoşulub. 

Demokratikmusavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, adı daha öncə PSJ, "Borussiya" (Dortmund), "Arsenal", "Tottenhem" kimi nəhəng komandalarla hallanan türkiyəli futbolçu ilə bu dəfə yeni bir iddia ortaya atılıb. İtaliyanın "Calciomercato" nəşrinin yaydığı məlumata görə, "Napoli" Ardanı transfer etmək istəyir.

Neapol təmsilçisinin idman direktoru Kristiano Qvintolinin ulduz futbolçudan təsirləndiyi və komandaya gətirmək istədiyi vurğulanıb. Bildirilib ki, Seriya A klubu yanvar ayında gənc futbolçu üçün qarşı tərəflə danışıqlara başlayacaq.

Mənbənin verdiyi məlumatına görə "Napoli" yanvar ayında Ardanı heyətinə qatarsa, 17 yaşlı oyunçunu mövsümün sonuna qədər "Fənərbağça"ya icarəyə verə bilər.

Qeyd edək ki, "Gənclərbirliyi" klubunun yetirməsi olan Arda Gülər 2019-cu ildə "Fənərbağça" akademiyasına transfer olunub. O, 2021-ci ildə isə İstanbul təmsilçisi ilə karyeasının ilk peşəkar müqaviləsini imzalayıb. Arda bu mövsüm "Fənərbağça"nin heyətində 12 oyuna çıxıb, 3 qol və 1 assistlə yadda qalıb. Transfer dəyəri 10 milyon avro ilə qiymətləndirilən futbolçunun klubla sözləşməsi 2025-ci ildə başa çatır.

0.22510004043579