Cüdo üzrə Azərbaycan millisi Bakıda keçirilən Böyük Dəbilqə turnirini 6 medalla başa vurub.
Demokratikmusavat.com xəbər verir ki, son olaraq 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Camal Qamzatxanov bürünc medal uğrunda macarıstanlı Riçard Sipoça uduzub.
Daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq) və Zelim Kotsoyev qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib. Yığma ümumi medal sıralamasında birinci olub.