Paralel.az " musavat ..."> Paralel.az " musavat ...">

Sergey Qayday: “Rusiyalılar buradan da geri çəkilməyə hazırlaşırlar”  

 

Rusiya ordusu Ukraynanın Luqansk vilayətindəki Beloqorovka şəhərini geri almağa çalışır.

Demokratikmusavat.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə Luqansk Regional hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat yayıb.

“Onlar başa düşürlər ki, bu plasdarmdan da geri atılsalar, o zaman növbəti Ukrayna ordusu Lisiçansk şəhərini azad edəcək”,-deyə o qeyd edib.

Qayday Lisiçanskın azad ediləcəyinə şübhə etmədiyini, lakin bunun üçün vaxt lazım olduğunu söyləyib.

Ukrayna rəsmisi yerli müdafiəçilərin Severodonetskə də daxil olacağını vurğulayıb. Onun sözlərinə görə, ruslar bu şəhəri o qədər dağıdıblar ki, ondan qala kimi istifadə etmək mümkün deyil.

Sergey Qayday rusların Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Ukrayna Silahlı qüvvələri tərəfindən məhv edilən taborundan qalan ölüləri aparmadıqlarını da bildirib. O, bunu Rusiya hakimiyyətinin ölən əsgərlərə görə pul kompensasiyası ödəmək məcburiyyəti ilə izah edib. Çünki əgər "cəsəd yoxdursa, “Lada” da yoxdur",-deyə Qayday deyib.

Xatırladaq ki, Luqansk vilayətinin Svatovski rayonunun Makeyevka kəndi yaxınlığında Rusiyanın Voronej vilayətindən səfərbər olunanlardan təşkil edilən tabor Ukrayna Silahlı qüvvələrinin atəşə tutması nəticəsində məhv edilib. Həmin döyüşdə yüzlərlə əsgərin öldüyü bildirilir.

Rusiya Federasiyasının sağ qalan hərbçilərindən biri Aleksey Aqafonov müxalif mediaya verdiyi müsahibədə səfərbər olunanlar arasında itkilər barədə danışıb. Onun sözlərinə görə, həlak olan rusların sayı 500 nəfəri keçə bilər.

Aqafonovun sözlərinə görə, səfərbər olunduqdan sonra 2079 saylı hərbi hissədə qısa müddətdə təlim keçən əsgərlərə tabor komandiri onların Svatovo vilayətinə gətiriləcəyini və burada cəbhə xəttinin 15 kilometrliyində “ərazi müdafiəsi”nə qoşulacaqlarını vəd edib. Lakin noyabrın 1-dən 2-nə keçən gecə bütün tabor qoşunların təmas xəttinə gətirilib və onlara müdafiə xəttini qazmaq, onu saxlamaq əmri verilib.

“Bizə dedilər ki, səngər qazın. Lakin taborda cəmi üç kürək var idi. Bombardman başlayanda zabitlər dərhal qaçıblar. Atışma arasında belə biz qazmağa çalışdıq, lakin helikopterlər dərhal əsgərləri gördü və onları güllələdilər. 570 nəfərdən cəmi 29-u sağ qaldı, 12-si yaralandı. Qalan əsgərlərin hamısı qırıldı”,-deyə Aqafonov qeyd edib.

0.22490286827087