Ərdoğanın sözçüsü: “Şuşanın tədqiqi üçün akademik və tələbələrin səfərləri təşkil edilməlidir”

 

“Şuşanın öyrənilməsi və tanıdılması üçün gələn il mütləq akademiklərimizin və tələbələrimizin bu şəhərə səfərləri təşkil edilməlidir. Biz bu işdə üzərimizə düşən tədbirləri görməyə hazırıq”.

Demokratikmusavat.com ” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın İstanbulda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun və İstanbul Universitetinin birgə təşkilatçılığı ilə 4 noyabr 2022-ci il tarixində İstanbul Universitetinin “Bəyazid” Kampusunda “Şuşa, Paris və İstanbulun ortaq dəyəri: Əhməd bəy Ağaoğlu” mövzusunda beynəlxalq simpoziumunda deyib.

Simpoziumda mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

Simpoziumun açlış mərasimində Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib və Vətən müharibəsində şahid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi açılış mərasimindən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə aid qısa tanıtım filmi nümayiş olunub.

0.26202988624573