Şoltsdan XƏBƏRDARLIQ: "Kreml ciddi cavab alacaq"

 

"Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi qırmızı xəttin keçilməsidir. Belə bir addımın qarşısını almaq lazımdır".

Demokratikmusavat.com xəbər verir ki, bu barədə  Almaniya kansleri Olaf Şolts bəyanatla çıxış edib.

"Bu münaqişədə nüvə silahından istifadə qəbuledilməzdir", - Şolts deyib.

Kansler Rusiyanı bunu etməyəcəyini açıq şəkildə bəyanat etməyə çağırıb:

"Əgər Rusiya Ukraynaya qarşı müharibədə nüvə silahı komponentlərindən istifadə edərsə, Kreml ciddi beynəlxalq cavab alacaq".

Almaniya kansleri cümə günü Çinə səfəri zamanı vurğulayıb ki, o və Çin prezidenti Si Cinpin nüvə təhdidlərinin məsuliyyətsiz və çox təhlükəli olması ilə razılaşırlar.

Eyni zamanda, Pekinə səfəri ilə bağlı tənqidlərə cavab verən Almaniya hökumətinin başçısı qeyd edib ki, Çin sədri Si Cinpini Ukraynadakı müharibə zamanı nüvə silahından istifadəyə qarşı çıxmağa inandırmaq səfər üçün kifayət qədər səbəb olub.

Qərb ölkələri Rusiyanın nüvə eskalasiyasının qarşısını almaq üçün bütün vasitələrdən, o cümlədən diplomatik vasitələrdən istifadə edir.

0.28983306884766